Böyük Britaniyada 11 gün ərzində heç bir qanunsuz miqrasiya halı qeydə alınmayıb

Baş səhifə

Bakı. Trend:

Böyük Britaniyanın Daxili İşlər Nazirliyi 2025-ci ildə ilk dəfə
olaraq 11 gün ərzində La-Manş boğazı vasitəsilə heç bir qanunsuz
sərhəd keçidi hadisəsinin baş vermədiyini açıqlayıb.

Trend xəbər verir
ki, bu barədə nazirlik məlumat yayıb.

Məlumata əsasən, kiçik qayıqlarla dənizi keçmək üçün son cəhd
oktyabrın 22-də qeydə alınıb. Bununla belə, bu günə dair
göstəricilər hələ dərc edilməyib.




Fasiləyə baxmayaraq, cari ildə kiçik qayıqlarla Birləşmiş
Krallığa gələn miqrantların ümumi sayı artıq 2024-cü ilin
göstəricilərini keçib. Belə ki, bu günə olan vəziyyətə görə, 36 954
nəfər qeyri-qanuni yolla qayıqlarla Böyük Britaniyaya daxil olub.
Müqayisə üçün, 2024-cü ildə bu rəqəm 36 816 nəfər, 2023-cü ildə isə
29 437 nəfər təşkil edib.

Bununla belə, “Sky News”un məlumatına görə, La-Manş boğazını
kiçik qayıqlarla keçənlərin sayına görə 2022-ci il rekord il olaraq
qalır – həmin il bu yolla Böyük Britaniyaya 45 774 miqrant
gəlib.