Belçikanın hərbi hava bazasında daha 4 dron aşkarlanıb

Baş səhifə

Bakı. Trend:

Noyabrın 1-i 3 dronun aşkarlandığı Kleine Brogel Hərbi Hava
Bazasında bu gün axşam saatlarında daha 4 dronun müşahidə olunduğu
bildirilir.

Trend xarici
KİV-ə istinadən xəbər verir ki, bazanın yerləşdiyi Peer
bələdiyyəsinin sədri Steven Mathey məlumatı təsdiqləyib.




Onun sözlərinə görə, dronlar aşkar edildikdən sonra federal
polisin helikopteri onları izləmək üçün havaya qalxıb və dronlar
Niderland istiqamətində gözdən itib.

Ölkənin müdafiə naziri Theo Franken dronların aşkar edilməsi və
məhv edilməsi üçün 50 milyon avro vəsaitin ayrılacağını
bildirib.