Azərbaycan Prezidenti: Bir neçə gündən sonra Zəfərimizin beş illiyini qeyd edəcəyik, hərbi parad təşkil ediləcək

Baş səhifə
Azərbaycan Prezidenti: Bir neçə gündən sonra Zəfərimizin beş illiyini qeyd edəcəyik, hərbi parad təşkil ediləcək

İlham Əliyev

Bir neçə gündən sonra biz tarixi Zəfərimizin beş illiyini qeyd edəcəyik. Hərbi parad təşkil ediləcək

“Report” xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında çıxışı zamanı söyləyib.

“Beş il əvvəl, 2020-ci ilin dekabrında Zəfər paradı keçirilib. 2023-cü ildə Xankəndidə hərbi parad keçirilmişdir ki, Azərbaycanın suverenliyi tam bərpa edilmişdir. Bir neçə gündən sonra Azadlıq meydanında hərbi paradın keçirilməsi böyük hadisədir, qürurverici hadisədir. Azərbaycan xalqı bu Şanlı Zəfərlə bundan sonra əbədi fəxr edəcək”, – deyə Prezident vurğulayıb.