
Pakistanın şimal-qərbində Bannu dairəsində altı polis əməkdaşı silahlı hücum nəticəsində yaralanıb.
“Report” “Dawn”a istinadən xəbər verir ki, naməlum yaraqlılar Mamaş-Xel şəhəri yaxınlığında Şimali Vəziristan dairəsinin polis rəisinin avtomobilinə atəş açıblar.
“Silahlı şəxslər Şimali Vəziristan polisinin patrul maşınına atəş açıblar”, – Bannu regional polis zabiti Səccad Xan bildirib.
O həmçinin qeyd edib ki, yaralanan polis əməkdaşları xəstəxanaya çatdırılıblar. Hücum edənlər yaxınlıqdakı ərazilərə qaçıblar. Hazırda onların saxlanılması istiqamətində genişmiqyaslı axtarış əməliyyatı keçirilir.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

