İtaliya klubunun baş məşqçisinin istefaya göndəriləcəyi gözlənilir

Baş səhifə
İtaliya klubunun baş məşqçisinin istefaya göndəriləcəyi gözlənilir

İtaliyanın “Fiorentina” komandasının baş məşqçisi Stefano Piolinin istefaya göndəriləcəyi gözlənilir.

“Report” xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Florensiya təmsilçisi A Seriyasında 10 matçda qələbə qazana bilməyib və hazırda turnir cədvəlində 4 xalla 19-cu pillədə qərarlaşıb.

60 yaşlı mütəxəssisi bu postda Paolo Vanoli əvəzləyə bilər.

Qeyd edək ki, 2017-ci ildən 2019-cu ilədək “Fiorentina”nın baş məşqçisi olan Pioli yayda komandaya qayıdıb.