Sumqayıtda şəxsi münasibətlər zəminində bıçaqlanma

Baş səhifə

Sumqayıtda bıçaqlanma hadisəsi baş verib.

Modern.az xəbər verir ki, hadisə oktyabrın 1-i Yaşıldərə adlanan ərazidə qeydə alınıb.

Belə ki, Xəyal Paşayev şəxsi münasibətlər zəminində mübahisə zamanı bıçaqla Mehdi Qəhrəmanova ağır bədən xəsarəti yetirib.

Faktla bağlı Sumqayıt ŞPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə cinayət işi başlanılaraq ibtidai istintaq aparılır.