Rusiyanın Zabaykalye diyarında yol qəzasında dörd nəfər ölüb.
“Report”un xəbərinə görə, bu barədə regionun Dövlət Yol Müfəttişliyinin mətbuat xidməti teleqram kanalında məlumat verib.
“İlkin məlumatlara görə, noyabr 2-də saat 23:20-də (Bakı vaxtı ilə saat 18:20) “Amur” federal şosesinin Çita -Xabarovsk 347-ci km-də (Çernışevski rayonu) “Nissan Expert” avtomobilinin sürücüsü təhlükəsiz məsafəni qorumadığı üçün “Shantui” ön yükləyicisi ilə toqquşub. Qəza nəticəsində 45 yaşlı sürücü, 48 yaşlı sərnişin və iki qadın sərnişin (1982 və 1987-ci il təvəllüdlü) həlak olub”, – açıqlamada bildirilir.
Polis qəzanın səbəbini və başvermə şəraitini araşdırır.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

