Əfqanıstanda 6,8 bal gücündə zəlzələ baş verib

Baş səhifə

Bakı. Trend:

Əfqanıstanın şimalındakı Samanqan vilayətində 6,8 bal gücündə
zəlzələ baş verib.

Trend-in məlumatına görə, bu barədə Özbəkistan Fövqəladə Hallar
Nazirliyinin Seysmik Proqnostik Monitorinq Mərkəzi xəbər verib.




Məlumata əsasən, zəlzələ yerli vaxtla təxminən saat 01:29-da
qeydə alınıb. Qeyd olunub ki, episentrdə 30 km dərinlikdə baş verən
təkanların gücü 7 bal olub.

Xəsarət alanlar və dağıntılar barədə məlumat verilməyib.