
APEC sammiti çərçivəsində Çin lideri Si Cinpinin Koreyanın ənənəvi düyü içkisi makkollini dadması sosial şəbəkələrdə böyük maraq doğurub.
Metbuat.az xəbər verir ki, hadisə anından paylaşılan fotolar qısa müddətdə internetdə yayılaraq çoxsaylı müzakirələrə səbəb olub.
Qeyd edək ki, makkolli – “Koreya düyü şərabı” kimi tanınan ənənəvi alkoqollu içkidir. O, bişmiş düyü və su qarışığının fermentasiya yolu ilə hazırlanır, açıq süd rəngində olur, yüngül şirin dadı və kremli teksturası ilə seçilir. İçkinin tərkibində adətən 6,5–7 faiz alkoqol olur.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


