Bakı. Trend:
Futbol üzrə Misli Premyer Liqasında X turun növbəti oyunları
keçirilib.
Trend-in
məlumatına görə, günün ilk matçında “Turan Tovuz” “Şamaxı”nı qəbul
edib. Tovuz şəhər stadionunda təşkil olunan görüş meydan
sahiblərinin 2:1 hesabı qələbəsi ilə bitib.
İkinci oyunda isə “Araz-Naxçıvan” “Sumqayıt”la səfərdə üz-üzə
gəlib. Matç “kimyaçılar”ın üstünlüyü ilə yekunlaşıb – 3:2.
Bu nəticələrdən sonra Tovuz klubu 21 xalla turnir cədvəlinin ilk
pilləsinə yüksəlib. “Sumqayıt” 17 xalla 4-cü, Naxçıvan klubu 16
xalla 5-ci, Şamaxı təmsilçisi 10 xalla 9-cu yerdədir.

