Gürcüstan-Ermənistan sərhədində zəlzələ baş verib

Baş səhifə

Bakı. Trend:

Noyabrın 2-də axşam saatlarında Gürcüstan-Ermənistan sərhədindən
4 kilometr məsafədə zəlzələ qeydə alınıb.

Trend xəbər verir ki, bu
barədə Gürcüstanın Milli Seysmik Monitorinq Mərkəzi məlumat
yayıb.




Zəlzələ Marneuli şəhərində güclü, paytaxt Tbilisidə isə bir
qədər zəif hiss olunub.

Mərkəzin yaydığı məlumata görə, yeraltı təkanlar Tbilisi vaxtı
ilə saat 19:50-də 4,4 maqnitudada qeydə alınıb.