Azərbaycanın voleybol millisinin İslamiada üçün heyəti bəlli olub

Baş səhifə
Azərbaycanın voleybol millisinin İslamiada üçün heyəti bəlli olub

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçiriləcək VI İslam Həmrəyliyi Oyunları üçün heyəti açıqlanıb.

Bu barədə “Report”a Azərbaycan Voleybol Federasiyasından məlumat verilib.

Heyətdə 12 oyubçu yer alıb.

Baş məşqçi: Faiq Qarayev

Məşqçilər: Famil Ağayev, Ziya Rəcəbov, Emin Əbilov

Oyunçular: Ayşə Abduləzimova, Aynur İmanova, Marqariya Stepanenko, Kseniya Pavlenko, Yuliya Kərimova, Bəyaz Quluyeva, Valeriya Kondratyeva, Anastasiya Bayduk, Ülkər Kərimova, Nilufər Ağazadə, Yelizaveta Burkova, Valeriya Burkova.

Qeyd edək ki, İslamiadanın açılış mərasimi noyabrın 7-də, başlanış mərasimi isə noyabrın 21-də olacaq.