Türkiyə qırıcıları ilk dəfə Estoniyada xidmət aparacaq

Baş səhifə

Bakı. Trend:

Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr gələn ilin
payızında ilk dəfə Baltikyanı ölkələrin hava məkanının mühafizəsi
missiyası çərçivəsində Estoniyaya göndəriləcək.

Trend xəbər verir
ki, bu barədə Estoniyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.




Bəyanatda qeyd olunub ki, Türkiyənin bu missiyada iştirakı
Avropa Birliyi ilə əməkdaşlığın güclənməsinə və Avropanın ümumi
müdafiə qabiliyyətinin artırılmasına töhfə verəcək.