İspaniyada insan böyrəkləri donuzlara uğurla implantasiya edilib

Baş səhifə

Bakı. Trend:

İspaniyada alimlər ilk dəfə insan böyrəklərini donuzlara
implantasiya etməyə nail olublar və əməliyyat uğurla
nəticələnib.

Trend xəbər verir
ki, Kataloniya Biomühəndislik İnstitutunun alimləri insan
orqanlarının miniatür analoqları – orqanoidlər yaratmaq üçün xüsusi
metod hazırlayıblar.




Bu texnologiya biomaterialların funksiyalarını qorumaqla
böyrəklərə implantasiya edilməsinə imkan verir.

Tədqiqat zamanı insan böyrəyi analoqları donuz orqanizminə
yerləşdirilib. Nəticədə orqanoidlər uğurla uyğunlaşıb, orqanizmin
immun sistemi tərəfindən rədd edilməyib və heyvanın daxili
orqanları fasiləsiz şəkildə normal fəaliyyətini davam etdirib.