Bakı. Trend:
Finlandiyanın şərqində yerləşən Şimal Savo bölgəsində hotelin
həyətində mikroavtobusun partlaması nəticəsində iki nəfər həlak
olub.
Trend xəbər verir
ki, bu barədə Şərqi Finlandiya Polis Departamentinin baş serjantı
Toni Reynikaynen məlumat verib.
Onun sözlərinə görə, ölənlərin sayı ilə bağlı dəqiq məlumat
hələlik müəyyənləşdirilməyib, lakin ilkin ehtimallara əsasən, iki
nəfərdən çox deyil.
Reynikaynen bildirib ki, hadisənin cinayət hadisəsi
olub-olmaması barədə araşdırmalar davam edir və bu mərhələdə bunu
nə təsdiqləmək, nə də inkar etmək mümkündür.
“Yle”nin məlumatına görə, partlayan mikroavtobus oteldə çalışan
işçilərə məxsus olub. Partlayışdan sonra hotelin bütün işçi heyəti
və qonaqlar təhlükəsizlik məqsədilə təxliyə edilib.

