Antalyada iki cip toqquşub

Baş səhifə

Bakı. Trend:

Türkiyənin Antalya vilayətinin Manavqat bölgəsində iki safari
cipinin toqquşması nəticəsində 10 əcnəbi turist yaralanıb.

Trend xəbər verir
ki, insident Sarılar rayonunda baş verib.




Qəza zamanı ciplərdən biri aşıb, sürücü Ahmet Korkutalp və 10
turist – dörd İsveç, dörd britaniyalı və iki polyak vətəndaşı
müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralılar təcili yardım maşınları ilə Manavqatdakı xəstəxanaya
çatdırılıb. Hadisənin səbəbləri araşdırılır.