Tramp Suriyanın keçid dövrü Prezidentini Ağ Evdə qəbul edəcək

Baş səhifə

Bakı. Trend:

ABŞ Prezidenti Donald Tramp noyabrın 10-da Ağ Evdə Suriyanın
keçid dövrü Prezidenti Əhməd Əl-Şaraanı qəbul edəcək.

Trend xəbər verir
ki, bu barədə “Axios” nəşri ABŞ-nin Suriya üzrə xüsusi nümayəndəsi
Tom Baraka istinadən məlumat yayıb.




Məlumata əsasən, Əl-Şaraa Vaşinqtona səfəri çərçivəsində
Suriyanın ABŞ-nin rəhbərlik etdiyi “İslam Dövləti” (İŞİD) terror
qruplaşmasına qarşı fəaliyyət göstərən beynəlxalq koalisiyaya
qoşulmasına dair sənədləri imzalayacaq.

Tom Barak bildirib ki, Tramp və Əl-Şaraa arasında keçiriləcək
görüşdən sonra Suriya ilə İsrail arasında danışıqların növbəti
mərhələsinin təşkil olunması planlaşdırılır.