
Milli Məclisin sədri Sahibə Qafarova Misir Ərəb Respublikasının Qahirə şəhərində işgüzar səfərdədir.
“Report” xəbər verir ki, Qahirənin beynəlxalq hava limanında Milli Məclisin sədrini Misir Ərəb Respublikası Xarici İşlər Nazirliyinin səfiri Valid Şams, Azərbaycanın Misirdəki səfiri Elxan Poluxov və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində Sahibə Qafarova Böyük Misir Muzeyinin açılış mərasimində iştirak edəcək.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin


