Bakı. Trend:
ABŞ-nin Nyu-Meksiko ştatında yerləşən “Navajo Refinery” neft
emalı zavodunda partlayış və ardınca yanğın baş verib.
Trend xəbər verir ki, bu
barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, hadisə nəticəsində üç nəfər xəsarət alıb.
Hadisənin hansı səbəbdən baş verdiyi hələ ki, məlum deyil.
Qeyd edilir ki, zavod ABŞ-nin cənub-qərbinə neft məhsulları
tədarük edir.

