İsrail ordusu Livanın cənubunda “Hizbullah” terrorçusunu zərərsizləşdirib

Baş səhifə

Bakı. Trend:

İsrail ordusu Livanın cənubunda Hizbullah hərəkatına aid
“Rədvan” xüsusi təyinatlı bölmənin silahlı terrorçusunu
zərərsizləşdirib.

Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin
(IDF) mətbuat xidməti məlumat yayıb.




“İsrail Müdafiə Qüvvələri Livanın cənubunda yerləşən Nəbati
rayonunda “Hizbulla” qruplaşmasına aid “Rədvan” qüvvələrinin
terrorçusunu zərərsizləşdirib. Həmin terrorçu İsrail dövlətinə
qarşı çoxsaylı terror hücumlarının həyata keçirilməsində iştirak
edib və “Hizbullah”ın terror infrastrukturu obyektlərinin bərbası
ilə məşğul olub”, – bəyanatda qeyd olunur.

İDF-in bildirdiyinə görə, həmin şəxs İsrail dövləti və onun
mülki əhalisi üçün təhdid yaradıb, habelə, İsraillə Livan
arasındakı atəşkəslə bağlı razılaşmalara qarşı fəaliyyət
göstərib.