Ukraynanın Sumı vilayətinin atəşə tutulması nəticəsində 7 nəfər yaralanıb

Baş səhifə
Ukraynanın Sumı vilayətinin atəşə tutulması nəticəsində 7 nəfər yaralanıb

Rusiya qoşunlarının son sutka ərzində Ukraynanın Sumı vilayətini atəşə tutması nəticəsində 7 nəfər yaralanıb.

“Report”un Ukrayna KİV-lərinə istinadən verdiyi məlumat görə, bu barədə Sumı vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Qriqorov bildirib.

Onun məlumatına görə, Rusiya zərbələri nəticəsində infrastruktur obyektləri, 6 fərdi ev və yardımçı tikili zərər görüb.