
Bakı. Trend:
Oktyabr ayında dünyada ən çox bahalaşan material kobalt
olub.
Trend xarici KİV-ə
istinadən xəbər verir ki, bunu dünyanın aparıcı əmtəə birjalarının
o cümlədən, Nyu-York, Çikaqo, Şanxay birjalarının məlumatları
göstərir.
Məlumata görə, polad istehsalında geniş istifadə olunan kobalt
ötən ay 28,5 faiz bahalaşıb.
Qiyməti bahalaşmış top-metallar arasında palladium və litium da
yer alır. Müvafiq olaraq 15,8 faiz və 9,5 faizli bahalaşma qeydə
alınıb.
Enerji sektoruna aid materiallardan isə ABŞ-da ən yüksək qiymət
artımı təbii qaz (+19,4 faiz), dizel yanacağı (+7,6 faiz) və
mazutda (+6,9 faiz) müşahidə olunub


