Ötən gün qanunsuz saxlanılan odlu silah-sursat aşkar edildi

Baş səhifə

Bakı. Trend:

Ötən gün qanunsuz saxlanılan odlu silah-sursat aşkar edilib.

Trend xəbər
verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.




Bildirilib ki, oktyabrın 31-də polis əməkdaşları paytaxt və
respublikanın ayrı-ayrı rayonlarında və işğaldan azad olunan
bölgələrdə 5 avtomat silahı, 2 pulemyot, 2 tapança, 8 qumbara, 4009
trotil, 1 alışdırıcı, 13 tüfəng, 80 patron darağı, 9035 ədəd
müxtəlif çaplı patron və 3 süngü bıçaq aşkar edərək götürüblər.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən
qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi
istiqamətində əməliyyat və profilaktik tədbirlər davam
etdirilir.