Bakı. Trend:
ABŞ-ın keçmiş prezidenti Co Baydenin administrasiyası İlon
Maskın 2024-cü il prezident seçkiləri keçirilənədək Beynəlxalq
Kosmik Stansiyada (BKS) çıxılmaz vəziyyətdə qalmış astronavtları
xilas etməsinə qadağa qoyub.
Trend xəbər verir
ki, bu bəyanatı Maskın özü məşhur amerikalı teleaparıcı Co Roqanın
“YouTube” portalında yayımlanan podkastında danışıb.
“Mənə dedilər ki, Ağ Evdən göstəriş gəlib – seçkilərədək heç bir
xilasetmə cəhdi edilməməlidir”, – deyə Mask bildirib.
Aparıcı Bayden administrasiyasının Maskın xilasetmə əməliyyatını
keçirməsinin, siyasi baxımdan uğursuz addım kimi görünə biləcəyi
üçün, icazə vermədiyinin mümkünlüyünə diqqət çəkib .
“SpaceX” rəhbəri buna cavabında deyib:
“Onlar açıq şəkildə bunun pis siyasi addım olacağını demədilər,
sadəcə seçkilərədək hər hansı xilasetmə əməliyyatında maraqlı
olmadıqlarını hiss etdirdilər.”

