Bakı. Trend:
Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (ASİƏT)
növbəti sammiti Şençjendə keçiriləcək.
Trend-in məlumatına görə, bu barədə Çin Xalq Respublikasının
sədri Si Cinpin Kyonqjuda keçirilən ASİƏT sammitində yekun nitqində
bildirib.
“Çin 2026-cı ilin noyabr ayında keçiriləcək ASİƏT liderlərinin
görüşünün məkanı olaraq Şençjen şəhərini seçib”, – deyə o bildirib.
Si Cinpin Şençjen şəhərinin balıqçı kəndindən müasir, çiçəklənən
bir şəhərə çevrilməsini Çin xalqının etdiyi möcüzə adlandırıb.
Çin sədrinin sözlərinə görə, Honkonq, Makao və Şençjen
şəhərlərini əhatə edən bu region “qlobal iqtisadi artımın vacib
mühərrikidir”.

