Avropada oktyabr ayında qazın qiyməti aşağı düşüb

Baş səhifə

Bakı. Trend:

Avropada qazın orta qiyməti sentyabr ayı ilə müqayisədə oktyabr
ayında 2 faiz azalaraq 1000 kubmetr üçün təxminən 385 dollara düşüb
və illik müqayisədə təxminən 16 faiz artıb.

Trend-in məlumatına görə, bu barədə Londonun “ICE” birjasından
bildirilib.




Məlumata əsasən, Avropa hablarında qazın qiyməti ötən payız
artmağa başlayıb və bu ilin birinci rübündə min kubmetr üçün 509
dollara, ikinci rübdə 420 dollara və üçüncü rübdə 399 dollara
çatıb. Ümumilikdə, yanvar-oktyabr ayları ərzində kotirovkalar ötən
ilin eyni dövrü ilə müqayisədə 19 faiz artaraq 437 dollara
çatıb.

Sentyabrın 30-da qaz fyuçersləri 1000 kubmetr üçün təxminən 380
dollardan ticarət olunsa da, oktyabrın 31-də ticarət 372 dollardan
bağlanıb ki, bu da ötən ayın sonundan 2 faiz aşağıdır.