
Bakı. Trend:
Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanla Gürcüstan
arasında ticarət əməliyyatlarının həcmi 624 milyon ABŞ dolları
təşkil edib.
Bu barədə Trend-ə
Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Məlumata əsasən, bu, 2024-cü ilin eyni ayları ilə müqayisədə
51,7 milyon ABŞ dolları və ya 9 faiz çoxdur.
Bu il Azərbaycan Gürcüstana 495,5 milyon dollar dəyərində məhsul
ixrac edib. Bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 9,9 milyon
dollar və ya 2 faiz artım deməkdir.
Eyni zamanda, 2025-ci ilin yanvar-sentyabr aylarında
Gürcüstandan Azərbaycana 128,5 milyon ABŞ dolları dəyərində idxal
əməliyyatları həyata keçirilib ki, bu da ötən ilin eyni dövrü ilə
müqayisədə 42,8 milyon ABŞ dolları və ya 49,9 faiz artım
deməkdir.
Qeyd etmək lazımdır ki, 2025-ci ilin ilk doqquz ayında
Azərbaycan xarici ölkələrlə 35,375 milyard ABŞ dolları dəyərində
ticarət əməliyyatları həyata keçirib. Bu, ötən ilin eyni dövrü ilə
müqayisədə 877 milyon ABŞ dolları və ya 2,5 faiz artım
deməkdir.
Xarici ticarət dövriyyəsinin ümumi həcmi ixrac üzrə 18,606
milyard ABŞ dolları, idxal üzrə isə 16,769 milyard ABŞ dolları
təşkil edib. Ötən ilin eyni dövrü ilə müqayisədə ixrac 1,248
milyard dollar (və ya 6,3 faiz) azalıb, idxal isə 2,126 milyard
dollar (və ya 14,5 faiz) artıb.
Nəticədə xarici ticarətdə 1,837 milyard ABŞ dolları məbləğində
müsbət saldo yaranıb. Bu, əvvəlki illə müqayisədə 3,374 milyard
dollar və ya 2,8 dəfə azdır.


