Bakı. Trend:
Venesuela yaxınlığında yerləşən ada dövləti olan Trinidad və
Tobaqonun müdafiə qüvvələri yüksək hazırlıq vəziyyətinə
gətirilib.
Trend-in
məlumatına görə, bu barədə yerli “Daily Trinidad Express” qəzeti
xəbər verib.
Məlumata əsasən, sahil Mühafizəsi şəxsi heyəti və zabitlərinə
hərbi bazalara getmək əmri verilib.
Qəzet hərbi qulluqçulara ünvanlanmış xidməti məktubunun mətninə
istinad edərək qeyd edib ki, bu, təlimlərlə bağlı deyil. Həmçinin
hərbi qulluqçulara “mümkün karantinə hazırlaşmaq” tövsiyə
olunub.
Yüksək vəzifəli mənbələr nəşrə bildiriblər ki, bu “ehtiyat
tədbiri müdafiə qüvvələrini potensial regional və ya milli
təhdidlərə cavab vermək üçün hazır vəziyyətə gətirir”.

