“Netflix” ABŞ-nin bu media holdinqini almaq niyyətindədir

Baş səhifə

Bakı. Trend:

“Netflix” ABŞ-nin iri media holdinqi olan “Warner Bros.
Discovery” şirkətini almaq imkanını nəzərdən keçirir.

Trend bu barəxə
xarici KİV-ə istinadən xəbər verir.




Məlumata görə, “Netflix” potensial təklifin qiymətləndirilməsi
üçün “Moelis & Co “adlı investisiya bankını cəlb edib. Xidmət
həmçinin müraciət təqdim etmək üçün tələb olunan maliyyə
məlumatlarına da çıxış əldə edib.

Qeyd edək ki, “Warner Bros.” studiyası “Netflix” üçün bir çox
məşhur seriallar istehsal edir. Bu biznesin ələ keçirilməsi xidmətə
“Harry Potter” və “DC Comics” kimi populyar hekayələr və
personajlar üzərində nəzarət imkanı verəcək.