Azərbaycan 9 ayda 238 milyon dollarlıq qızıl ixrac edib

Baş səhifə

Bakı. Trend:

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycandan 238 milyon ABŞ
dolları dəyərində qızıl ixrac edilib.

Bu barədə Trend İqtisadi İslahatların Təhlili və Kommunikasiya
Mərkəzi (İİTKM) “İxrac icmalı”nın oktyabr sayına istinadən xəbər
verir.

Məlumata görə, bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə
122,7 milyon ABŞ dolları və ya 2,1 dəfə çoxdur.




Təkcə sentyabrda isə Azərbaycan 27,4 milyon ABŞ dolları
dəyərində qızıl ixrac edib. Bu isə 2024-cü ilin eyni ayı ilə
müqayisədə 8,6 milyon ABŞ dolları və ya 45,7% artım deməkdir.

Qeyd edək ki, 2025-ci ilin yanvar-sentyabr aylarında
Azərbaycanın qeyri-neft sektoru üzrə ixracı 2024-cü ilin müvafiq
dövrü ilə müqayisədə 7,7% artaraq 2,6 milyard ABŞ dolları təşkil
edib.