İtaliyada leysan yağışlar daşqınlara səbəb olub

Baş səhifə

Bakı. Trend:

İtaliyanın şimal və mərkəzi bölgələrində qeyri-sabit hava
müşahidə olunur. Leysan yağışlardan sonra Toskaniya əyalətinin bir
çox ərazilərində küçələr və yollar su altında qalıb, bölgənin
çaylarında su səviyyəsi əhəmiyyətli dərəcədə artıb

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.




Leysan yağışlarının ən çox Piza və Livornoya zərbə vurduğu
deyilir. Qeyd olunan bölgələrdə izafi yağıntı suları nəqliyyatın
hərəkətini çətinləşdirib.

İtaliyanın Mülki Müdafiə qurumu Toskaniyanın bir sıra
şəhərlərində geniş-miqyaslı təxliyə əməliyyatlarına başlayıb.
Yağıntılı hava kütlələrinin hazırda ölkənin cənubuna doğru
irəlilədiyi bildirilir.