ABŞ-də şatdaun ən azı 34 gün davam edəcək – KİV

Baş səhifə

Bakı. Trend:

ABŞ federal hökumətinin maliyyələşmənin olmaması səbəbindən
fəaliyyətinin qismən dayandırılması (şatdaun –red ) ən azı 34 gün
davam edəcək və bu, demək olar ki, rekord göstəriciyə yaxındır.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

“CBS” telekanalının məlumatına görə, ABŞ Konqresinin Senatı
oktyabrın 30-da işində fasilə elan edib və böyük ehtimalla yalnız
bazar ertəsi yenidən toplanacaq. Bu isə hökumətin fəaliyyətinin
dayandırılmasının azı 34 gün uzanacağı deməkdir.




Bu vaxta qədər on üç səsvermə raundunun nəticələrinə görə,
Senatda hökumətin maliyyələşdirilməsini təmin etməyə dair
müzakirəyə çıxarılan iki qanun layihəsindən heç biri qəbul
edilməyib.

Şatdaun oktyabrın 1-də gecə yarısı (Bakı vaxtı ilə saat 07:00)
başlayıb. Bu, Konqresdə iqtidarda olan Respublikaçılar və müxalif
Demokratlar arasında bir sıra xərclər, o cümlədən səhiyyə sahəsinə
aid maddələr üzrə razılığa gələ bilməmələri səbəbindən baş
verib.