Nyu-Yorkda leysan yağışları ilə əlaqədar 2 nəfər həlak olub

Baş səhifə

Bakı. Trend:

Ötən gün Nyu-Yorka düşən leysan yağışı azı 2 nəfərin həyatına
son qoyub.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Qurbanlar aramsız yağışdan sonra su basmış zirzəmilərdən çıxa
bilməyərək həlak olublar.




“Bu gün iki Nyu-York sakini leysan nəticəsində həlak olub”, –
deyə şəhərin meri Erik Adams öz rəsmi “X” səhifəsində yazıb.

O, sakinlərin fövqəladə vəziyyətlərə düzgün reaksiyası üzrə
təlimlərin keçirilməsi ilə bağlı əlavə tədbirlərin görüləcəyini
əlavə edib.

Mer eyni zamanda dolayı yolla yerli meteoroloji proqnoz
sistemində nöqsanların olduğunu etiraf edib.