
Bakı. Trend:
Qusar Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin
əməkdaşları tərəfindən keçirilən tədbir zamanı “Volksvagen” markalı
nəqliyyat vasitəsinin sürücüsü 28 yaşlı Rəfael Fərmanov yol
hərəkəti qaydalarını kobud şəkildə pozduğuna görə saxlanılıb.
Trend-in məlumatına görə, müayinə zamanı həmin şəxsin
narkotik vasitənin təsiri altında olduğu məlum olub.
R.Fərmanovun barəsində protokol tərtib olunaraq baxılması üçün
məhkəməyə göndərilib.


