
Bakı. Trend:
“Levante”nin hücumçusu Karl Etta Eyonq karyerasını İngiltərə
Premyer Liqasında davam etdirə bilər.
Trend xəbər verir ki, bu
barədə xarici KİV-lər məlumat yayıb.
Məlumata görə, “Mançester Yunayted” kamerunlu futbolçunu
transfer etmək istəyir. Eyonqun müqaviləsində İspaniya klubları
üçün 30, İngiltərə klubları üçün isə 40 milyon avro olan
sərbəstqalma maddəsi yer alıb.
Qeyd edək ki, “Levante” Karl Etta Eyonqu mövsümün əvvəlində “Vilyarreal”dan 3 milyon avroya transfer edib.


