Xıdırlı kəndində Zəfərin 5 illiyinə həsr olunan ağacəkmə aksiyası keçirilib

Baş səhifə
Xıdırlı kəndində Zəfərin 5 illiyinə həsr olunan ağacəkmə aksiyası keçirilib

Ağdam rayonunun Xıdırlı kəndində “Konstitusiya və Suverenlik İli” çərçivəsində Zəfərin 5 illiyinə həsr olunan ağacəkmə aksiyası keçirilib.

Bu barədə “Report”a Ağdam, Füzuli və Xocavənd rayonları üzrə xüsusi nümayəndəlikdən məlumat verilib.

“Qayıdış Könüllüləri” Proqramının iştirakçılarının olduğu aksiya zamanı 550 ağac əkilib.