HƏMAS iki israilli girovun meyitini təhvil verməyə hazırlaşır

Baş səhifə

Bakı. Trend:

HƏMAS oktyabrın 30-da Qəzza zolağında hərbi əməliyyatlar zamanı
həlak olmuş iki israilli girovun cəsədini İsrailə təhvil verməyə
hazırlaşır.

Trend bu barədə
xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, Qəzzada iki girovun cəsədinin qarşı tərəfə təhvil
verilməsinə hazırlıq aparılır




Bu həftənin əvvəlində HƏMAS iki girovun cəsədini aşkarladığını
lakin İsrailin atəşkəsi pozmasını əsas gətirərək, onları dərhal
təhvil verə bilmədiyini bildrimişdi.

İsrail mediasının yazdığına əsasən, hal-hazırda Qəzzada 13
israilli girovun meyiti qalmaqdadır.