Yerdə yüngül maqnit qasırğası başlayıb

Baş səhifə

Bakı. Trend:

Alimlərin bir neçə gün əvvəl proqnozlaşdırdığı yüngül maqnit
qasırğası başlayıb.

Trend xəbər verir
ki, bu barədə Rusiya Elmlər Akademiyasının Tətbiqi Geofizika
İnstitutu məlumat yayıb.




Məlumata görə, hazırda Yer kürəsinə müşahidə olunan maqnit
qasırğasının dərəcəsi (qüvvəsi) beş pilləli şkala üzrə G1
səviyyəsindədir. Bu şkalada G5 “həddindən artıq güclü”, G1 isə
“zəif” səviyyəni ifadə edir.

Bu gün müşahidə olunan pozulmalar əvvəlcədən orta səviyyədə
proqnozlaşdırılmışdı və hazırda da bu proqnoza uyğundur. Qasırğa G1
– yəni aşağı səviyyədə qeydə alınıb və onun maksimum G2-yə qədər
yüksəlməsi mümkündür.