Bakı. Trend:
Almaniyanın kansleri Fridrix Mertz Türkiyəyə rəsmi səfər
edib.
Bu barədə Trend
xarici KİV-lərə istinadən xəbər verir.
Məlumata görə, kansler Beştəpədə yerləşən prezident
iqamətgahında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla mətbuata
qapalı görüş keçirib.
Bundan əvvəl danışıqlarda liderlərin “Eurofighter” döyüş
təyyarələrinin tədarükü məsələsi, Avropa İttifaqına üzvlük,
ikitərəfli iqtisadi və strateji əməkdaşlıqlar kimi mövzuları
müzakirə edəcəyi bildirilirdi.

