“PSJ” klubu itki ilə üzləşib

Baş səhifə

Bakı. Trend:

Fransanın “PSJ” klubu itki ilə üzləşib.

Trend xəbər
verir ki, Paris təmsilçisinin aparıcı futbolçularından olan Desire
Due sıradan çıxıb.




O, “Liqa 1” 10-cu turunun “Loryan”la matçında zədələnib. 20
yaşlı vinger meydandan xərəklə çıxarılıb. Onun vəziyyətinə tibbi
müayinədən sonra aydınlıq gətiriləcək.

Qeyd edək ki, Desire Due bu mövsüm “PSJ”nin heyətində keçirdiyi
15 oyunda 4 qol vurub, 3 qol ötürməsi edib.