
Növbəti köç karvanı Ağdərənin Vəngli kəndi çatıb.
***
12.05
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.
APA-nın Qarabağ bürosu xəbər verir ki, Ağdərə rayonunun Vəngli kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.
Bu mərhələdə Vəngli kəndinə 9 ailə – 38 nəfər köçürülüb.


