Bakı. Trend:
2025-cı ilin sonuna kimi Abşeron Çağrı Mərkəzi qurulacaq.
Trend xəbər
verir ki, bu sözləri TƏBİB-in icraçı direktorunun müşaviri Elşad
Məmmədov
Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisi – “Medinex 2025”də deyib.
O bildirib ki, ilin sonuna qədər yeni proqram təminatının
Abşeron Çağrı Mərkəzində qurulması və tətbiqi prosesi bitəcək.
“Rayon TTTY stansiyalarında çağrı xidmətinin keyfiyyəti
artırılır. 2026-cı ilin ilk yarısında rayon TTTY stansiyalarındakı
koordinatorların yeni proqram təminatına uyğunlaşdırılması prosesi
yekunlaşacaq. Həmçinin 2026-cı ilin sonuna qədər ölkənin bütün
ərazisində regional çağrı xidmətinin qurulması prosesi yekunlaşır”-
deyə o əlavə edib.

