
Bakı.Trend:
Fövəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz
Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi tərəfindən cari
ilin ötən dövrü ərzində Bakı şəhərində 44 obyektdə ümumilikdə 127
attraksionun fəaliyyəti yoxlanılıb.
Bu barədə Trend-in sorğusuna cavab olaraq FHN-dən
bildirilib.
Qeyd edilib ki, yoxlanılan obyektlərdə 118 bənddən ibarət qüsur
aktı tərib olunaraq qüsurların aradan qaldırılması üçün müvafiq
tapşırıqlar verilib.
“Park və əyləncə məkanlarında atraksionların texniki vəziyyəti
mütəmadi olaraq yoxlanılır. Əsas məqsəd insanların təhlükəsizliyini
qorumaq və qurğuların qaydalara uyğun işləməsini təmin etməkdir.
Hər bir attraksion ildə ən azı bir dəfə texniki baxışdan keçirilir
və yalnız lisenziya alındıqdan sonra fəaliyyət göstərə
bilər”,-qurumdan əlavə olunub.
Həmçinin bildirilib ki, lisenziya İqtisadiyyat Nazirliyi
tərəfindən, Fövqəladə Hallar Nazirliyinin rəyi əsasında
verilir.


