
Ağstafada kafedə çalışan qadın bıçaqlanıb.
“Report”un Qərb bürosunun məlumatına görə, Ağstafa rayon sakini, 1982-ci il təvəllüdlü E.Kiçikova kafedə bıçaq xəsarəti alıb.
Xəstəxanaya yerləşdirilən qadının vəziyyəti orta-ağır qiymətləndirilir.
Onun kim tərəfindən və hansı səbəbdən bıçaqlandığı hələ məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
Ən son xəbərləri bizim “WhatsApp” kanalımızda izləyin

