
Bakı. Trend:
“Mercedes-Benz” 2025-ci ilin yanvar-sentyabr ayları üzrə maliyyə
hesabatını dərc edib.
Trend xəbər verir
ki, şirkətin bütün bölmələr üzrə mənfəəti 2024-cü ilin eyni
dövründəki 7,8 milyard avrodan 3,87 milyard avroya düşüb.
Digər göstəricilər də geriləyib – xalis rüblük mənfəət təxminən
31% azalaraq 1,72 milyard avrodan 1,19 milyard avroya enib.
Şirkət itkiləri yeni tariflər səbəbindən xərclərin artması,
mənfi məzənnə dəyişiklikləri və satış həcminin azalması ilə izah
edir.
Üçüncü rübdə “Mercedes-Benz” 441 500 minik avtomobili (furqonlar
və yüngül kommersiya avtomobilləri istisna olmaqla) müştərilərə
təhvil verib, ilin əvvəlindən bəri isə bu rəqəm 1,34 milyon olub.
Bu göstəricilər ötən ilin analoji dövrü ilə müqayisədə müvafiq
olaraq 12,3% və 8,3% azalma deməkdir.


