
Bakı. Trend:
2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin
cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq
Azərbaycan Ordusu sonradan “Dəmir yumruq” adlandırılan əks-hücum
əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən
otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə
nəticələndi.
Trend Vətən
müharibəsinin oktyabrın 30-na olan xronikasını təqdim edir:
– Prezident İlham Əliyev özünün rəsmi “Twitter” səhifəsində
Azərbaycan Ordusunun Cəbrayıl, Zəngilan və Qubadlı rayonunun daha
bir neçə kəndi işğaldan azad etməsi ilə bağlı paylaşım edib.
– Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana telefonla
zəng edib.
– Müdafiə Nazirliyi cəbhədəki son vəziyyəti
açıqlayıb. Döyüşlər əsasən cəbhənin Ağdərə, Xocavənd və Qubadlı
istiqamətlərində davam edib. Düşmənin məhv edilən hərbi
texnikasının siyahısı.
– Səhər saatlarından başlayaraq bir sıra yaşayış məntəqələrimiz
atəşə tutulub. Bərdəni atəşə tutan “Smerç” məhv
edilməsinin videogörüntüsü yayılıb.
– Hərbi cinayət törətmiş növbəti yüksək vəzifəli erməni hərbçisi
məhv edilib.
– Qubadlı Ermənistan ərazisindən artilleriya atəşinə tutulub.
– Düşmənin raket-artilleriya silahları anbarı məhv edilməsinin
videogörtüntüsü yayılıb.
– Cəbrayıl rayonunun işğaldan azad olunan Xudafərin kəndindən
videoreportaj hazırlanıb.
– Bərdə və Tərtər şəhərlərini atəşə tutan düşmənə məxsus daha 2 “Smerç” -in məhv edilməsinin videogörüntüsü yayılıb.
– Ermənistan silahlı qüvvələri Tərtərin Ələsgərli kəndinə
“Smerç” raketi atıb.
– Düşmənə dəqiq zərbələr endirilməsinin videogörüntüləri yayılıb. Düşmənin növbəti “Osa”
ZRK-sı məhv edilməsinin videogörüntüsü yayılıb.

