
Bakı. Trend:
Dünyanın ikinci raketkası, italyan tennisçi Yannik Sinner “Paris
Masters” turnirinin ikinci raundunda belçikalı Ziza Berqsi
(reytinqdə 41-ci) 6-4, 6-2 hesabı ilə məğlub edərək üçüncü raunda
vəsiqə qazanıb.
Trend xəbər verir
ki, tennisçilər kortda 1 saat 29 dəqiqə vaxt keçiriblər.
Turnirin üçüncü raundunda Yannik Sinner argentinalı tennisçi
Fransisko Serundolo ilə üz-üzə gələcək.


