Bakı. Trend:
London Metal Birjasında (LME) üç aylıq mis müqaviləsinin qiyməti
6 mart 2022-ci ildən bəri ilk dəfə ton üçün 11.100 dollar həddini
ötüb.
Trend xəbər verir
ki, Bakı vaxtı ilə saat 19:19-a olan məlumata görə, mis
fyuçerslərinin qiyməti 1,41% artaraq ton başına 11.174 dollara
çatıb. Daha sonra, saat 21:08-ə qədər qiymət bir qədər azalaraq ton
başına 11.163,84 dollar olub (1,31% artım).
İlin əvvəlindən etibarən metalın qiyməti 26,78%, oktyabrın
əvvəlindən isə 6,59% yüksəlib.

