Bakı. Trend:
İsveçrə hökuməti Avropa Müdafiə Agentliyi ilə “yenilənmiş
sazişi” təsdiqləyib və Avropa İttifaqı ölkələri ilə hərbi
əməkdaşlığın gücləndirilməsi kursunu davam etdirdiyini bəyan
edib.
Bu barədə Trend
xarici KİV-ə istinadla xəbər verir.
Məlumata görə, Avropa İttifaqı ilə müdafiə sahəsində əməkdaşlığı
Avropada təhlükəsizliklə bağlı vəziyyətinin pisləşməsi səbəbindən
daha strateji səviyyəyə qaldırmaq niyyətindədir.
Yenilənmiş saziş Avropa İttifaqı Şurası tərəfindən
təsdiqləndikdən sonra qüvvəyə minəcək.

