
Bakı.Trend:
Oğuzda qanunsuz kömür quyuları aşkarlanıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Trend-ə verilən məlumata
görə, Oğuz rayonunda polis əməkdaşları tərəfindən ətraf mühitin
mühafizəsi qaydalarına riayət olunması məqsədilə
nəzarət-profilaktik tədbirlər keçirilib.
Bildirilib ki, tədbirlər zamanı rayonun Şirvanlı və Tayıflı
kəndləri ərazisində qanunsuz yolla ağac kömürü istehsal edən
quyular aşkarlanıb.
Qeyd edilən icazəsiz fəaliyyətlə məşğul olan 4 nəfər barəsində
toplanmış material qərar qəbul edilməsi üçün aidiyyəti üzrə
göndərilib. Kömür quyularının isə fəaliyyəti dayandırılıb.


